AZ

Gəncədə 18 yaşlı oğlan döyülərək öldürüldü

Gəncə sakini naməlum şəraitdə ölümcül xəsarət alıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2007-ci il təvəllüdlü E. İbrahimov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, mayın 13-də saat 00:00 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Seçilən
0
5
heftelik.az

10Mənbələr