RU

Flik: “Ançelotti əsl alicənab və ən yaxşı məşqçilərdəndir”

“Barselona”nın 60 yaşlı alman baş məşqçisi Hansi Flik “Real”dakı həmkarı, 65 yaşlı italyan mütəxəssi Karlo Ançelotti haqda söhbət açıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, alman mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Real”da o, böyük uğurlara müvəffəq olmaqla, inanılmaz iş görüb. O, əsl alicənabdır, dünyanın ən yaxşı və xüsuilə uğurlu məşqçilərindən biridir.

Ona ən yaxşısını diləyirəm. O, gözəl bir komandaya gələcək və Brazilya millisinin uğura yolunu aça biləcək”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə təyinatını razılaşdırıb. Mayın 26-da isə italyan mütəxəssis “selesao”nun sükanı arxasında işə başlayacaq.

Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıtmış italyan mütəxəssis indiyədək “qaymaqlılar”ı çalışdırır. Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir, məlum olduğu kimi müqaviləyə erkən surətdə xitam veriləcək.

Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 351 oyuna çıxarıb, 251 qələbə, 48 heç-heçə, 52 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 842:349 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014/2015, 2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kuboku (2014/2015, 2022/2023) və FIFA Qitələrarası Kubok (2023/2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Ançelottinin “Real”ı İspaniya La Liqasının 36 oyunundan 78 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Избранный
0
17
arena.az

10Источники