RU

Azərbaycan son illərdə Afrika ölkələrində 35 nümayəndəlik açıb

Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Qlobal Cənub təkcə coğrafi yox, həm də siyasi anlayışa çevrilib: Qlobal Cənubda bu günə qədər solçu ideologiyasının təsiri hiss edilir. Artıq Qlobal Cənub diskussiyadan əlavə konkret addımlar da atır. Qlobal Cənubun hazırda gündəliyində olan məsələlər var. Məsələn, ikili standartlar, Rusiya-Ukrayna məsələsi, qaçqınların qəbulu və s. kimi məqamlara diqqət çəkməyə çalışırlar. Bundan irəli gələn beynəlxalq hüquq məsələlərinə də diqqət yetirilir”.

F. Şəfiyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında üç dəfə (2020-2023-cü illər) Azərbaycan əleyhinə cəhdlər olub və bu, neytrallaşdırılıb:

"Bu isə Qoşulmama Hərəkatının üzvlərinin hesabına baş tutdu”.

BMTM sədri əlavə edib ki, Azərbaycanın ticarət baxımından bir neçə ölkədən asılılığı var:  “Enerji məshulları Avropaya, kənd təsərrüfatı məsulları isə daha çox Rusiyaya ixrac edilir. Afrika ölkələri ilə əməkdaşlıq, ticarət məsələləri gücləndirilərsə, həmin ölkələrə də bu kimi məhsulları sata bilərik. Milli təhlükəsizlik məsələsinə çevrilən strategiyaya əsasən enerji gəlirlərindən asılılığımızı azaltmalıyıq, çünki neftin qiyməti aşağı düşüb”. 

O bildirib ki, Brazilya, Çin, Hindistan kimi ölkələrlə əməkdaşlığın artırılmasına ehtiyac var: “Məsələn, Hindistan qlobal arenada aktiv ölkələrdəndir və buna görə onunla əməkdaşlıq qapalı şəraitdə müzakirə oluna bilər. Bundan başqa, Azərbaycan son illərdə Afrika ölkələrində 35 nümayəndəlik açıb".

Избранный
0
4
ikisahil.az

10Источники