Qlobal Cənub təkcə coğrafi anlayış deyil, həm də siyasi anlayışa çevrilib.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.
O qeyd edib ki, Qlobal Cənubda bu günə qədər solçu ideologiyasının təsiri hiss edilir:
“Artıq Qlobal Cənub diskussiyadan əlavə konkret addımlar da atır. Qlobal Cənubun hazırda gündəliyində olan məsələlər var. Məsələn, ikili standartlar, Rusiya-Ukrayna məsələsi, qaçqınların qəbulu və s. kimi məqamlara diqqət çəkməyə çalışırlar. Bundan irəli gələn beynəlxalq hüquq məsələlərinə də diqqət yetirilir”.
F. Şəfiyev vurğulayıb ki, Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir və etməkdədir:
“BMT Təhlükəsizlik Şurasında üç dəfə - 2020-2023-cü illər ərzində Azərbaycan əleyhinə cəhdlər oldu və bu, neytrallaşdırıldı. Bu isə Qoşulmama Hərəkatının üzvlərinin hesabına baş tutdu”.
MƏLUMAT YENİLƏNİR...