RU

Yalçın Rəfiyev: Azərbaycan xarici siyasətində çoxtərəfliliyə hər zaman önəm verən dövlət olub

Azərbaycan xarici siyasətində çoxtərəfliliyə hər zaman önəm verən dövlət olub. 

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, Qlobal Cənub isə inkişafdadır və sıçrayış dövrünü keçir:

“Dünya əhalisinin 85 faizi, ümumdaxili məhsulun 39 faizinin cəmləşdiyi Qlobal Cənub ölkələri siyasi və iqtisadi tranformasiya mərhələsindədir”.

Yalçın Rəfiyev vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanmasına böyük dəstək göstərib.

Избранный
0
1
report.az

10Источники