
Şimali Koreya lideri Kim Çen In ölkəsinin Rusiya-Ukrayna müharibəsində iştirakının haqlı olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qərb mediası Şimali Koreyanın dövlət televiziyalarına istinadla məlumat yayıb.
“Bizim münaqişədə iştirakımız ədalətli və respublikamızın suveren hüquqlarına uyğun idi. Kursk əməliyyatında iştirak edən bütün cəsur əsgərləri qəhrəman və millətin ləyaqətinin ən yüksək nümayəndələri hesab edirəm”, - Kim Çen In deyib.
Xatırladaq ki, Şimali Koreyanın dövlət mediası aprelin 28-də ilk dəfə olaraq Şimali Koreya əsgərlərinin Rusiya-Ukrayna müharibəsi zamanı Kursk vilayətində Rusiya tərəfində döyüşdüyünü təsdiqləyib. Həmin gün Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Kursk bölgəsindəki ərazilərin geri alınmasına kömək etmək üçün Şimali Koreya qoşunlarını göndərdiyinə görə təşəkkür edib.