AZ

Kim Çen İn Rusiyaya təkcə ordu göndərmir, həm də...

Kim

Moskva və Pxenyan arasında strateji müttəfiqlik kontekstində Kim Çen In Rusiyaya Ukraynaya qarşı müharibədə təkcə hərbi yardım göstərmir, həm də kəskin işçi çatışmazlığı probleminin həllinə kömək edir.

Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd edilir ki, Rusiyadakı Şimali Koreyalı işçilərin sayı beynəlxalq sanksiyalara baxmayaraq, sürətlə artır.

Demoqrafik böhran, Ukraynadakı müharibə və mühacirət Rusiyada kadr çatışmazlığını daha da artırıb. Əmək Nazirliyinin rəsmi məlumatına görə, bu gün ölkədə 1,5 milyon işçi çatışmazlığı var və 2030-cu ilə qədər bu kəsir 2,4 milyona qədər arta bilər. Tikinti, sənaye və infrastruktur layihələri sektorları xüsusilə ağır zərbə alıb.

Cənubi Koreya kəşfiyyatı bildirir ki, Şimali Koreyadan Rusiyaya 15 minə yaxın şəxs gəlib. Onlardan bəzilərinin tələbə vizası ilə gəldikləri bildirilir.

Məlumata görə, 2024-cü ildə KXDR-dən Rusiyaya daxil olanların sayı 12 dəfə artıb. Gələnlərin əksəriyyəti Uzaq Şərqdə işləyir.

E. KAMAL
Seçilən
0
reyting.az

1Mənbələr