RU

Xabi Alonso “Bayer”i tərk edəcəyi ilə bağlı qərarı şərh etdi

Məlum olduğu kimi, “Bayer”in 43 yaşlı ispan baş məşqçisi Xavi Alonso cari mövsümün sonunda “əczaçılar”dan ayrılacağını bildirib.

Arena.az jurnlist Ben Ceykobsa istinadən məlumat verir ki, Xabi müvafiq qərarına dair açıqlama verib:

“Bu, müvafiq bəyanatı vermək üçün uyğun məqamdır, belə ki, biz klubla həmişə yaxşı münasibətdə olmuşuq. Biz qarışıq duyğuları ehtiva edən bu məqamdan zövq almalıyıq, bu, çox duyğusaldır! Mən oyunçularla və komanda heyəti ilə söhbətləşmişəm, bu, asan deyildi.

Bizim əla bağlarmız olub, bu, əsas məqam idi. Onlar mənə inanırdılar. Mən bu istirahət günlərində onlarla qaydasınca vidalaşmaq istəyirəm. Bu, klubda uzun, əhəmiyyətli və uğurlu vaxt idi. Mən, özümə son günə qədər bəslənilmiş hörmətə qarşılıq vermək istəyirəm”, deyə ispan mütəxəssis vurğlayıb.

Xatırladaq ki, Xabi Alonsonun “Real”ın baş məşqçisi vəzifəsində 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottini əvəz edəcəyi haqda məlumat var. Ehtimal edilir ki, müvafiq məlumat mayın 25-də rəsmən təsdiqlənəcək.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabr ayından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 43 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif alt sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

2023/2024-cü illər mövsümündə Alonsonun çalışdırdığı “Bayer” Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

“Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atıblar.

Həmçinin Alonsonun “Bayer”i 2023/2024 mövsümündə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

2024/2025-ci illər mövsümündə Xabi “Bayer”ə Almaniya Super Kubokunu qazandırıb.

Xabi Alonso “Bayer”i ümumilikdə 138 oyuna çıxarıb, 89 qələbə, 31 heç-heçə, 18 məğlubiyyət yaşayıb. “Əczaçılar”ın top fərqi 311:149 nisbətindədir.

32 oyundan 68 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Избранный
0
5
arena.az

10Источники