AZ

"Bayer"dən Alonso ilə bağlı vida açıqlamaaı

style='margin-bottom:10px;'>

"Bayer" komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

QOL.az xəbər verir ki, Almaniya klubu sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssisə təşəkkür edib.

Leverkuzen təmsilçisinin paylaşımında bildirilib: "Professor. Məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".

Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracağı gözlənilir.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub. Bu mövsüm isə "Bayer" 2-ci yeri təmin edib. Komanda sona 2 tur qalmış 68 xalla 2-ci yerdədir.

Seçilən
0
4
teleqraf.com

10Mənbələr