“Bayer”in baş məşqçi Xabi Alonso mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bundesliqa klubu mütəxəssisin müqaviləyə xitam verilməsi ilə bağlı tələbini təmin edib. Yeni baş məşqçinin yaxın günlərdə bəlli olacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən bu komandada işləyir. O, 2023-24 mövsümündə Bundesliqanın, Almaniya Kubokunun və Superubokunun qalibi olub. Alonsonun yayda “Real”ın sükanı arxasına keçməsi gözlənilir.