RU

Kim Çen In: “Rusiyada döyüşən koreyalılar qəhrəmandırlar”

Şimali Koreya lideri Kim Çen In ölkəsinin Rusiya-Ukrayna müharibəsində iştirakının haqlı olduğunu bildirib və bunun “qardaş xalqları” müdafiə etmək üçün suveren hüquqların həyata keçirilməsi olduğunu vurğulayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb .

O deyib ki, müharibədə iştirakları ədalətli yanaşmadır. “Bizim münaqişədə iştirakımız ədalətli olub və bu, respublikamızın suveren hüquqlarına aiddir. Kursk əməliyyatında iştirak edən bütün igid əsgərləri qəhrəman və millətin şərəfinin ən uca nümayəndələri hesab edirəm”.

Kimin sözlərinə görə, ABŞ Rusiyaya qarşı hərbi təxribatları davam etdirərsə, KXDR hərbi gücdən istifadəyə icazə verməkdən çəkinməyəcək.

Fərda Uğur 

Избранный
0
36
tribunainfo.az

10Источники