RU

ABŞ və Pakistan rəsmiləri arasında telefon danışığı olub

AzVision.az Pakistanın Xarici İşlər nazirliyinni yaydığı məlumata istinadən xəbər verir ki, danışııq zamanı Hindistanın Pakistana hücumlarından sonra Cənubi Asiyada mövcud vəziyyət və İslamabadın cavab tədbirləri müzakirə edilib. Tərəflər sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

Pakistan mediasında bu gün dərc olunan xəbərlərə əsasən, ABŞ-nin Dövlət katibi Marko Rubio Paksitan ordusunun Qərargah rəisi general Asim Munir ilə də telefon danışığı keçirərək, həm İslamabadın, həm də Nyu-Dehlinin gərginliyin azaldılması istiqamətində addımlar atmasının vacibliyini vurğulayıb.

Hindistan:“Pakistanla münaqişəni böyütmək istəmirik” - VİDEO
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, öz növbəsində, Səudiyyə Ərəbistanının mövcud vəziyyəti sakitləşdirmək və bölgədə sülhü bərqərar etmək üçün diplomatik səylərini yüksək qiymətləndirib. Şahbaz Şərif ötən axşam İslamabadda ona zəng edən Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər üzrə dövlət naziri Adel Əl-Cubeyrlə danışıb. Baş nazir Hindistanın Pakistana qarşı həyata keçirdiyi raket və PUA hücumları nəticəsində mülki vətəndaşların, o cümlədən qadınların və uşaqların şəhid olmasını, mülki infrastrukturlara ziyan vurulmasını qətiyyətlə pisləyib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər aprelin 22-də bir qrup şəxsin mübahisəli Cammu və Kəşmir əyalətində turistlərə qarşı terror aktından sonra pisləşib. Hindistan hücumda Pakistanı günahlandırıb, İslamabad isə Nyu-Dehlinin reaksiyasını ədalətsiz və siyasi motivli adlandırıb.

Bunun ardınca Hindistan Hind çayından Pakistana su axınını kəsərək dörd şlüzün hamısını bağlayıb. Pakistanın Müdafiə naziri Xavaca Asif isə total müharibə riski barədə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
0
50
azvision.az

10Источники