AZ

Rubio pakistanlı generalla danışdı: ABŞ kömək edəcək, savaşı dayandırın!

ABŞ dövlət katibi Marko Rubio və Pakistan ordusunun baş qərargah rəisi general Seyid Asim Munir arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.

Bildirilib ki, Rubio danışıq zamanı hər iki ölkəni gərginliyi azaltmağa çağırıb. O, həmçinin gələcəkdə yeni münaqişələrin qarşısını almaq üçün Pakistan və Hindistan arasında konstruktiv danışıqlara başlamaqda ABŞ-ın köməyini vurğulayıb.

Pakistan mətbuatına görə isə, danışıq zamanı Munir Hindistanın hücumlarını dayandırmayacağı təqdirdə İslamabadın "daha sərt cavablar verəcəyi" mesajını verib.

Seçilən
0
9
publika.az

10Mənbələr