AZ

ABŞ dövlət katibi Pakistan xarici işlər nazirinə zəng etdi

BAKI, 10 may. TELEQRAF

ABŞ dövlət Katibi Marko Rubio Pakistan Ordusunun Baş Qərargah rəisi general Asim Munir ilə telefon danışığından sonra bu səhər xarici işlər naziri İshaq Dar ilə də danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Həmsöhbətlər Hindistanın Pakistana hücumlarından sonra Cənubi Asiyada mövcud vəziyyəti və Pakistanın cavabını müzakirə ediblər. Tərəflər sıx təmasda olmaq barədə razılığa gəliblər”, - məlumatda deyilir.

ABŞ dövlət katibi bundan əvvəl Baş Qərargah rəisi ilə telefon danışığında Pakistan və Hindistana gələcək münaqişələrin qarşısının alınması üçün Vaşinqtonun köməyini təklif etmişdi.

Pakistan Silahlı Qüvvələri bu gün səhər saatlarında Hindistanın mayın 8-də ölkə ərazisinə hava zərbələrinə cavab olaraq hərbi əməliyyatlara başlayıb. Hava hücumları zamanı Hindistanın çoxlu sayda hərbi obektləri məhv edilib.

Seçilən
0
9
teleqraf.com

10Mənbələr