Sumqayıt şəhərində fərdi yaşayış evində güclü yanğın başlayıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта