AZ

Sumqayıtda fərdi yaşayış evi yanıb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb.

Fərdi yaşayış evi yanğından mühafizə olunub.

***

20:55

Sumqayıtda fərdi yaşayış evində güclü yanğın baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, evin zirzəmisi və həyətyanı sahədə yerləşən yarımçıq tikilidə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, canlı qüvvə və texnika cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Seçilən
0
12
apa.az

10Mənbələr