"Bayer Leverkuzen" mövsüm sonunda Xabi Alonso ilə yollarını ayıracaq.
Mövsüm sonunda Xabi Alonso "Bayer Leverkuzen"dən ayrılacaq.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda "Təxmini 2,5 illik və klubumuzun tarixindəki ən uğurlu dövrünün ardından baş məşqçi Xabi Alonso mövsüm sonunda tutduğu postdan ayrılacaq", - deyə bildirilib.
Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, Xabi Alonso "Real Madrid" ilə 3 illik müqavilə imzalayacaq.