Türkiyə Super Liqasında çempionluq üçün yarışan "Qalatasaray" heyətini qorumağa çalışır.
"Qalatasaray" Kaan Ayhanın müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.
Operativ Media xəbər verir ki, "sarı-qırmızılı" klub bununla bağlı Türkiyə Futbol Federasiyasına rəsmi bildiriş göndərib.
2023-cü ilin iyulunda "Sassuolo"dan 2,8 milyon avroya "Qalatasaray"a transfer olunan 30 yaşlı müdafiəçi 93 matçda forma geyinib, 2 qol və 6 məhsuldar ötürmə statistikasına imza atıb.
“Qalatasaray”la 2 çempionluq yaşayan Kaan bu mövsüm 38 rəsmi matçda 3 məhsuldar ötürmə edib.