RU

Zelenski Trampla danışdı - Nələr müzakirə edildi?

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə teleqram hesabında paylaşım edib.

“Biz prezidentlə birgə hərəkətlər haqqında danışdıq, ABŞ-nin çox ehtiyacı olan dəstəyi, Rusiyaya təzyiq göstərmək – sülh naminə təzyiq haqqında, cəbhədəki vəziyyəti, diplomatik işləri müzakirə etdik.

Biz real və davamlı atəşkəsi necə yaxınlaşdıracağımız barədə danışdıq - ən azı 30 gün. Bu, diplomatiyaya çoxlu şans verə biləcək bir məsələdir. Ukrayna tam atəşkəsə hazırdır, elə bu dəqiqədən – 30 günlük atəşkəsə”, - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti hesab edir ki, Rusiya atəşkəsi dəstəkləməklə düzgün cavab verməlidir.

“Onlar müharibəni bitirməyə hazır olduqlarını sübut etməlidirlər. Bu, birinci dəfə deyil – biz bunu yenidən təklif edirik. Otuz gün sülh illərinin başlanğıcı ola bilər. Davamlı və etibarlı atəşkəsin özü sülhə doğru hərəkətin real göstəricisi olacaq. Amerika bu işdə kömək edə bilər”, - deyə Ukrayna lideri bildirib.

Избранный
0
4
qafqazinfo.az

10Источники