Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Kaya Kallas Serbiya Prezidenti Aleksandr Vuçiçin Moskvaya səfəri ilə bağlı bir çox suallarının olduğunu bildirib.
Axar.az xəbər verir ki, məlumatı Avropa mediası yazıb.
Kallas Avropa liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə birgə keçirdiyi tədbirləri "hər kəsin vicdanına qalacaq problem" olaraq dəyərləndirib.
"Kim sizin müttəfiqlərinizdir? Siz həqiqətən kimin tərəfindəsiniz?" - o qeyd edib.
Bildirək ki, Aleksandr Vuçiç, Avropa Birliyinin təzyiqinə baxmayaraq, Moskvaya səfər edib və 9 May Qələbə paradına qatılıb.