Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı baş tutub.Bu barədə Zelenski teleqram hesabında paylaşım edib.
“Biz prezidentlə birgə hərəkətlər haqqında danışdıq, ABŞ-nin çox ehtiyacı olan dəstəyi, Rusiyaya təzyiq göstərmək – sülh naminə təzyiq haqqında, cəbhədəki vəziyyəti, diplomatik işləri müzakirə etdik.
Biz real və davamlı atəşkəsi necə yaxınlaşdıracağımız barədə danışdıq - ən azı 30 gün. Bu, diplomatiyaya çoxlu şans verə biləcək bir məsələdir. Ukrayna tam atəşkəsə hazırdır, elə bu dəqiqədən – 30 günlük atəşkəsə”, - deyə Zelenski qeyd edib.
“Onlar müharibəni bitirməyə hazır olduqlarını sübut etməlidirlər. Bu, birinci dəfə deyil – biz bunu yenidən təklif edirik. Otuz gün sülh illərinin başlanğıcı ola bilər. Davamlı və etibarlı atəşkəsin özü sülhə doğru hərəkətin real göstəricisi olacaq. Amerika bu işdə kömək edə bilər”, - deyə Ukrayna lideri bildirib.