RU

"Böyük Dəbilqə" turnirində cüdoçularımızın rəqibləri müəyyənləşdi

Mayın 8-də Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.



Qeyd edək ki, turnirdə Azərbaycanı 3 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 09:00-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 16:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.

Qadınlar

-48 kq
1/16 final
Könül Əliyeva - Kyonxa Li (Cənubi Koreya)

-52 kq
1/16 final
Gültac Məmmədəliyeva - Lea Beres (Fransa)

-57 kq
1/16 final
Fidan Əlizadə - Medine Orazniyazova (Türkmənistan)

Избранный
0
7
fanat.az

10Источники