Bu gün Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Turnirdə Azərbaycanı 3 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 09:00-da başlayacaq. Turnirin final mərhələsi 16:00-da start götürəcək.
Böyük Dəbilqə
Qadınlar
48 kq
1/16 final
Könül Əliyeva - Kyonxa Li (Cənubi Koreya)
52 kq
1/16 final
Gültac Məmmədəliyeva - Lea Beres (Fransa)
57 kq
1/16 final
Fidan Əlizadə - Medine Orazniyazova (Türkmənistan)
İdman.biz