RU

Sumqayıtda güclü PARTLAYIŞ: Xəsarət alan var

Sumqayıtda emalatxanada partlayış baş verib, fəhlə xəsarət alıb.
 
Hadisə İnşaatçılar yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
 
Sobanın partlaması nəticəsində partlayış baş verib.
 
Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
0
35
moderator.az

10Источники