Sumqayıtda emalatxanada partlayış baş verib, fəhlə xəsarət alıb.
Hadisə İnşaatçılar yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
Sobanın partlaması nəticəsində partlayış baş verib.
Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.