7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat həcmində
istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi
olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın Kapital Bank filialına
yaxınlaşa bilərlər.
Kapital Bank-ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11%
artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin
ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir.
Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki,
istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk , Birbank
kartı sifarişi üçün — //kbl.az/prcrc .