7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.
Kapital Bank-ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11% artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir.
Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.