AZ

® "Kapital Bank"ın 30 milyon manat həcmində istiqrazının abunə yazılışı başlayıb

7 may 2025-ci il tarixində "Kapital Bank"ın 30 milyon manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın "Kapital Bank" filialına yaxınlaşa bilərlər.

"Kapital Bank"ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox, 11 faiz artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir.

Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Seçilən
0
29
azertag.az

10Mənbələr