RU

"Masdar" Azərbaycanda iki günəş elektrik stansiyasının işə salınacağı tarixi açıqlayıb

Azərbaycanda 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyasının və 315 MVt gücündə “Neftçala” elektrik stansiyasının işə salınması gələn ilə nəzərdə tutulub.

Bunu “Masdar” şirkətinin MDB üzrə biznesin və inverstisiyaların inkişafı departamentinin rəhbəri Məryəm Rəşid Əl-Mazrui Asiya İnkişaf Bankının Milanda keçirilən 58-ci İllik İclası çərçivəsində bildirib.
“Hər iki stansiya inşa mərhələsindədir və onların işə salınması gələn ilə planlaşdırılır. Biz Bakıda COP29 zamanı elan etdiyimiz maliyyə bağlanmasına nail olduq. Onların tamamlanması təxminən bir il və ya bir il yarım çəkəcək, buna görə də buraxılış gələn ilin əvvəlində baş tuta bilər. Onlar tam gücü ilə istifadəyə veriləcək”, -deyə o bildirib.

Məryəm Raşid Əl-Məzrui həmçinin vurğulayıb ki, “Masdar” şirkəti Azərbaycanda yüksək fəallıq nümayiş etdirir.

“Azərbaycan bizim strategiyamızda açar mövqedə dayanır. Biz günəş elektrik stansiyasına dair ilk layihəni həyata keçirmişik və hazırda daha üç layihəni irəlilətməkdəyik. Biz ölkədə mövcudluğumuzu genişləndirmək və inkişaf etdirmək məqsədilə nazirliklərlə, eləcə də özəl sektorla fəal əməkdaşlıq edirik,” - deyə o əlavə edib.

Xatırladaq ki, 2024-cü ilin iyun ayında “Masdar” və SOCAR Azərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan günəş və külək enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start veriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri 2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə bağlı sazişlər imzalanıb.

TREND

Избранный
0
5
vergiler.az

8Источники