RU

Sağlam qidalanma qeyri infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinəuyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir.

BAKU.WS xəbər verir ki, bunu "Möcüzə qida - Ana südü" mövzusu konfransında çıxışı zamanı  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrmüavini Ramazan Nəbiyev deyib.

O bildirib ki, indiyə qədər dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, assosasiyalar, qeyri-hökumət təşkilatlarının iştirakı ilə əhalinin həssas hədəf qrupları üçün bir-çox maarifləndirmə, təbliğat və təşviqat layihələri uğurla icra olunub. Bu layihələr sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində insanların məlumatlılıq səviyyəsini artırmağa, düzgün qida vərdişlərini təşviq etməyə, rasional və sağlam qidalanmanın önəmini çatdırmağa, ümumilikdə cəmiyyəti maarifləndirməyə yönəlib. Layihələr zamanı hədəf qruplarına uyğun olaraq müxtəlif yanaşmalar, kommunikasiya vasitələri və mesajlardan istifadə olunub. Sevindirici hal odur ki, layihələr həm uğurla icra olunub, həm də istehlakçılar tərəfindən maraqla qarşılanıb.

Agentlik bu istiqamətdə "Sağlam məktəbli", "Məktəblilər üçünkişmiş", "Şəkəri azalt, ömrünü uzat" kimi yaddaqalan layihələr icra edib.

Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası iləbirgə həyata keçirdiyimiz "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunmuşdur ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir.

Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir.

Layihə çərçivəsində seçilən ilk mövzu "Ana südü"dür.

İnanırıq ki, "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi çərçivəsində həyata keçirdiyimiz bu tədbir hər biriniz üçün çox faydalı olacaq."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
0
4
icma.az

5Источники