RU

"PAŞA Holding"in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib(FOTO)

Bakı. Trend:

Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyənINMerge Innovation Summit, fəaliyyətinin növbəti addım olaraqölkəxarici tədbir ilə davam etdi. 29 aprel 2025-ci il tarixindəİstanbul şəhərinin mərkəzində keçirilən bu tədbir, Tenity şirkətiilə tərəfdaşlıq çərçivəsində baş tutub.

Tədbirin əsas məqamı Türkiyənin ən ümidverici startaplarınınümayiş etdirmək üçün təşkil olunan “INbattle” startap müsabiqəsioldu. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraqgöstərildi. Seçim prosesindən sonra yalnız 10 startap həllərinimünsiflər heyətinə təqdim etmək üçün seçildi, onlardan bir startapqalib gəldi. 200-ə yaxın iştirakçının, o cümlədən aparıcısahibkarların, investorların və ekosistem iştirakçılarının biraraya gəldiyi tədbir, korporativ innovasiya, startapların inkişafıvə investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühittəqdim edib. Bundan əlavə, sözügedən tədbir seçilmiş startaplarüçün 29 və 30 sentyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək“INMerge” İnnovasiya Sammit tədbirində iştirak etmək imkanı təqdimedən dinamik bir platforma rolunu oynayıb.

Tədbirin digər əsas məqamlarından biri, Bellamy Alden AIConsulting şirkətinin tərəfdaşı və süni intellekt üzrətransformasiya mütəxəssisi Fahed Bizzarinin çıxışı oldu. O, “Süniİntellektin İnkişaf edən Ekosistemi və Onun İnvestisiyaStrategiyalarına Təsiri” mövzusunda fikirlərini bölüşdü.

Daha sonra tədbir “Türkiyə Növbəti İnnovasiya Mərkəzi kimi:Strategiyadan Miqyaslanmaya” adlı panel müzakirəsi ilə davam etdi.Paneldə Türkiyə və regionun innovasiya mühitinin aparıcınümayəndələri çıxış etdilər: Yeliz Erinçkan - Sabancı ARF rəhbəri,strategiya və İnnovasiya direktoru, Itır Ürünay Aydoğan - YapıKredi-də Ekosistem Bankçılığı və İnnovasiya Direktoru, SabinaBabayeva - Tenity şirkətinin İstanbul Hub rəhbəri, Enis Hulli -E2VC-nin tərəfdaşı, eləcə də Ahmet Cüneyt Selçuk - TürkiyəPrezidentliyi yanında investisiya ofisində maliyyə investisiyalarıbölməsinin meneceri.

Qeyd edək ki, Türkiyə və Gürcüstandan əlavə, PAŞA Holding“INMerge” İnnovasiya Sammitinin digər ölkələrdə də regionaltədbirlərinin keçirilməsini planlayır. Eləcə də, əsas tədbir Bakıdasenyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonrapaylaşılacaq.

Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanınına keçid edəbilərsiniz.

Избранный
0
5
az.trend.az

6Источники