Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən “INMerge Innovation Summit” fəaliyyətinin növbəti addım olaraq ölkəxarici tədbirlə davam edib. Aprelin 29-da İstanbul şəhərinin mərkəzində keçirilən bu tədbir “Tenity” şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.
Tədbirin əsas məqamı Türkiyənin ən ümidverici startaplarının nümayişi üçün təşkil edilən “INbattle” startap müsabiqəsi olub. İştirakçıların 50-dən çox startapla müraciət etdiyi müsabiqəyə böyük maraq göstərilub. Seçim prosesindən sonra yalnız 10 startap həllərini münsiflər heyətinə təqdim etmək üçün seçilib, onlardan isə yalnız biri qalib gəlib. 200-ə yaxın iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim edib. Bundan əlavə, sözügedən tədbir seçilmiş startaplar üçün aprelin 29-30-u Bakıda keçiriləcək “INMerge” İnnovasiya Sammit tədbirində iştirak imkanı təqdim edən dinamik bir platforma rolu oynayıb.
Tədbirin digər əsas məqamlarından biri “Bellamy Alden AI Consulting” şirkətinin tərəfdaşı və süni intellekt üzrə transformasiya mütəxəssisi Fahed Bizzarinin çıxışı olub. O, “Süni intellektin inkişaf edən ekosistemi və onun investisiya strategiyalarına təsiri” mövzusunda fikirlərini bölüşüb.
Sonra tədbir “Türkiyə növbəti innovasiya mərkəzi kimi: Strategiyadan miqyaslanmaya” adlı panel müzakirəsi ilə davam edib. Paneldə Türkiyənin və regionun innovasiya mühitinin aparıcı nümayəndələri – “Sabancı ARF” rəhbəri, strategiya və innovasiya direktoru Yeliz Erinçkan, “Yapı Kredi”də ekosistem bankçılığı və innovasiya direktoru Itır Ürünay Aydoğan, “Tenity” şirkətinin İstanbul hub rəhbəri Sabina Babayeva, “E2VC”nin tərəfdaşı Enis Hulli , eləcə də Türkiyə Prezidenti Adminstrasiyası yanında investisiya ofisində maliyyə investisiyaları bölməsinin meneceri Ahmet Cüneyt Selçuk çıxış ediblər.
Qeyd edək ki, PAŞA Holding “INMerge” İnnovasiya Sammitinin Türkiyə və Gürcüstandan əlavə digər ölkələrdə də regional tədbirlərinin keçirilməsini planlayır. Eləcə də, əsas tədbir Bakıda sentyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonra paylaşılacaq.
Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanınına keçid edə bilərsiniz.