RU

“Azərlotereya” “Bakı Marafonu-2025”də (FOTO)

Bakı. Trend:

“Azərlotereya” bu il də ənənəsinə sadiq qalaraq “BakıMarafonu–2025”ə tərəfdaş qismində qatılaraq ölkədə sağlam həyattərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davametdirib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarıaltında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdankeçmişdi. Artıq 8-ci dəfə baş tutmuş marafon ölkədə idmanıninkişafına, sağlam yaşam tərzinin təşviqinə xidmət edir.

Marafonun əyləncə zonasında qurulan “Azərlotereya” stendiziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçünmüxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdimedilib.

Marafonun start və finiş nöqtəsi ötən illərdə olduğu kimi budəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlikməsafəni qət ediblər.

Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışanəcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı iləyadda qalıb.

Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunlarıoperatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyətstrategiyası çərçivəsində ölkə əhəmiyyətli tədbirlərə dəstəyini hərzaman davam etdirəcək.

“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
“Azərlotereya”
Избранный
0
19
az.trend.az

10Источники