AZ

“Azərlotereya” “Bakı Marafonu-2025”də

“Azərlotereya” bu il də ənənəsinə sadiq qalaraq “Bakı Marafonu–2025”ə tərəfdaş qismində qatılaraq ölkədə sağlam həyat tərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davam etdirib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi. Artıq 8-ci dəfə baş tutmuş marafon ölkədə idmanın inkişafına, sağlam yaşam tərzinin təşviqinə xidmət edir.

Marafonun əyləncə zonasında qurulan “Azərlotereya” stendi ziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçün müxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Marafonun start və finiş nöqtəsi ötən illərdə olduğu kimi bu dəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlik məsafəni qət ediblər.

Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı ilə yadda qalıb.

Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli tədbirlərə dəstəyini hər zaman davam etdirəcək.




Seçilən
0
19
qafqazinfo.az

10Mənbələr