Ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.
Far.Az Unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.
K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.
Qeyd edək ki, hadisə mayın 4-də saat təxminən 03 radələrində Xaçmaz şəhəri ərazisində, dəmiryolu üzərindən keçən avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.
K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.