AZ

Xaçmazda qatarın vurduğu şəxs FHN əməkdaşı imiş

Ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb.

Far.Az Unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub.

K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Qeyd edək ki,  hadisə mayın 4-də saat təxminən 03 radələrində Xaçmaz şəhəri ərazisində, dəmiryolu üzərindən keçən avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.

K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Seçilən
0
far.az

1Mənbələr