Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” komandası Albaniya Kubokunun finalında Tirana “Dinamo”su ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, “Elbasan Arena”da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Dinamo” daha dəqiq olub və 5:4 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Zamiq Əliyev bu oyunda start heyətində meydana çıxıb və 120 dəqiqə boyunca mübarizə aparıb.
Qeyd edək ki, “Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb.