AZ

Zamiq Əliyevin komandası Albaniya Kubokunun finalında məğlub oldu

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” komandası Albaniya Kubokunun finalında Tirana “Dinamo”su ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, “Elbasan Arena”da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı  2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Dinamo” daha dəqiq olub və 5:4 hesabı ilə qalib gələrək kuboku qazanıb. 

Zamiq Əliyev bu oyunda start heyətində meydana çıxıb və 120 dəqiqə boyunca mübarizə aparıb.

Qeyd edək ki, “Eqnatiya” 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. 

Seçilən
0
idmanxeber.az

1Mənbələr