Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşan idmançı məğlub olaraq ikinci yerlə kifayətlənib.
Digər cüdoçumuz Uşanqi Kokauri (+100 kq) bürünc medal uğrunda mübarizə aparacaq, qadın təmsilçimiz Nigar Süleymanova (+78 kq) isə ilk görüşdə məğlub olub. Daha əvvəl 60-90 kq çəki dərəcələrində çıxış edən Əhməd Yusifov, Rəşid Məmmədəliyev, Zelim Tçkayev və Murad Fətiyev bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycanı Avropa çempionatında ümumilikdə 15 cüdoçu təmsil edir.