AZ

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtıPodqoritsada keçirilən Avropa çempionatında gümüş medalqazanıb.

Trend xəbər verir ki, 100kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlıİlia Sulamanidze ilə qarşılaşıb.

Z.Kotsoyev "Paris-2024" Yay Olimpiya Oyunlarının həlledicigörüşündə qalib gəldiyi rəqibinə bu dəfə məğlub olaraq, ikinciyerlə kifayətlənib.

Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram)bürünc medal uğrunda almaniyalı Erik Abramovla qarşılaşacaq.

Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdəgürcüstanlı Sofia Somkxişviliyə uduzub.

Daha əvvəl Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəkidərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir.Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
133
8
az.trend.az

10Mənbələr