RU

Kompani “Borrusiya” ilə oyundan gözləntisini açıqladı

“Bayern”in baş məşqçisi Vensan Kompani Bundesliqanın 29-cu turunun Dortmund “Borrusiya”sı ilə ev oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İndi – “Borussiya”ya qarşı “Der-Klasiker” – klublar arasındakı tarixi qarşıdurmanın zamanıdır. Ötənilki nəticə (1:1) – bizim üçün əlavə ilham mənbəyidir. Güc-qüvvəmizdə əskikliyimiz yoxdur. Bizə “Borussiya” ilə oyunda azarkeşlər də kömək etməlidirlər. Onlar buna hazırdırlar”, deyə Kompani vurğulayıb.

28 oyundan 68 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinə başçılıq edir. “Borussiya” isə 41 xalla 8-ci pillədədir.

Избранный
127
10
arena.az

10Источники