AZ

Noyer “İnter”lə keçiriləcək cavab oyununu da buraxacaq

Bakı, 14 aprel, AZƏRTAC

Mart ayında zədə alan “Bavariya”nın qapıçısı Manuel Noyerin son durumuna aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, 39 yaşlı qolkiper Çempionlar Liqasının 1/4 finalda İtaliya “İnter”i ilə keçiriləcək cavab oyununda da komandasına kömək edə bilməyəcək. Baldır əzələsində narahatlıq yaşayan almaniyalı qapıçının aprelin 26-da "Maynts"la oyuna kimi hazır olacağı gözlənilir.

Komandalar arasında ilk görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, M.Noyer bu mövsüm 33 oyunda 26 qol buraxıb,18 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Seçilən
77
10
azertag.az

10Mənbələr