AZ

Kompani: “Birinci qol oyunu tamamilə dəyişdi”

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 29-cu turunun Dortmund “Borussiya”sı ilə ev oyununu (2:2) şərh edib.

Arena.az “Bayern”in rəsmi saytına istinadən, belçikalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Birinci qol oyunu tamamilə dəyişdi. “Barselona” tərəfindən 0:4 hesabı ilə daramadağın edilmiş “Borussiya”nı, biz hesabda önə keçdikdən (2:1) sonra isə tanımaq olmurdu. Ancaq bu məqama qədər biz oyuna nəzarəti öz əlimizdə saxlamışdıq və bir neçə fürsətə malik idik. Biz qol buraxdıqdan (2:2) sonra isə mən, oyuna bilet əldə etmiş bir azarkeş kimi şad idim, amma bir məşqçi kimi bundan razı ola bilməzdim. Mən, bizim, “Bayer”i 6 xal üstünlüyü ilə qabaqladığımıza nahəyət şadam. Görünür ki, inamımız var, zehniyyətimiz var. Uğursuzluqlarımıza rəğmən, bizim, başımızda heç bir mənfi fikir yoxdur. Biz irəliləməyə davam edirik. Biz təhlükəli olaraq qalmaqdayıq – biz bundan güc toplaya bilərik”, deyə Kompani vurğulayıb.

29 oyundan 69 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Borussiya” isə 42 xalla 8-ci pillədədir.

Seçilən
80
10
arena.az

10Mənbələr