EN

Bənövşə Daşdılının kitabları oxucuların marağına səbəb oldu – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin, Aşıq Pəri məclisinin üzvü Bənövşə Daşdılının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, "Ünvansız səfərə çıxmağım gəlir", "Unutdum desəm, inanma", "Sən yanımda olmayanda", "İlk sevgimiz nağıl idi" şeirlər kitabının və başqa topluların müəllifidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Fikrət Qocanın ən sevilən şeirləri səsləndirildi – FOTO


Sevgi, yurd həsrəti, ali duyğuları tərənnüm edən şairənin şeirləri türk özbək və qırğız dillərinə tərcümə edilib. Türkiyə və Orta Asiyada Turan Birliyi, Abay Kunanbayev, və s. ədəbi mükafatların, Atatürk medalına layiq görülüb. 

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

Chosen
0
19
bizim.media

10Sources