EN

Dünya çempionatı: Çad Minifutbol Federasiyasının prezidenti Bakıdakı turniri yüksək qiymətləndirdi

Çad Minifutbol Federasiyasının prezidenti Mahamat İssak Soqa Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının açılış mərasimini yüksək qiymətləndirib.

Yenisabah.az xəbər verir ki, o, bunu "Report"a açıqlamasında deyib.

Prezident Azərbaycan millisinin finala yüksələcəyinə inanır:

"Təşkilatçılıq əladır. Çünki 32 komanda var və bu həm də ölkələr arasında münasibət qurmaq baxımından yaxşıdır. Həmçinin, Azərbaycanda keçirilən dünya çempionatının açılış mərasimi son dörd yarışda ən yaxşılarından biri idi. Ümidvarıq ki, sona qədər belə davam edəcək və Azərbaycan da finala yüksələcək. Niyə də olmasın? Çünki təşkilatçı ölkədir".

Federasiya rəsmisi komandanın çıxışına da toxunub: "Oyun bir az çətin keçdi. 3:0 uduzduq. 1/8 finala çıxmaq üçün heç-heçə və ya qələbə gözləyirdik. Amma çox təəssüf ki, Özbəkistan həm ruh, həm də dözümlülük baxımından bizdən üstün idi. Növbəti dəfə əlimizdən gələni edəcəyik. Bir neçə şansımız oldu, ancaq qol vura bilmədik. Bu futboldur. Fürsəti boşa verirsənsə, məğlub ola bilərsən".


Telegram kanalımız
Chosen
0
2
yenisabah.az

10Sources