AZ

Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razıdır

"Təşkilatçılıqla bağlı yalnız müsbət fikirlər səsləndirə bilərəm".

"Ölkə.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında Argentina yığmasının futbolçusu Lusiano Monserrat Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı haqqında danışarkən deyib.

O, yarışın təşkilatçılığı barədə xoş ifadələr işlədib:

"Hər şey çox yaxşı təşkil olunub. Bakı gözəl şəhərdir. Milli Gimnastika Arenası futbol oynamaq üçün əlverişlidir".

L.Monserrat çempionatdakı çıxışlarına da toxunub:

"Son olaraq Gürcüstanla qarşılaşdıq, məğlub olmaq istəməzdik. Rəqib komandaların heyətlərinin əksəriyyəti peşəkar oyunçulardan qurulub. Bizdə isə elə futbolçu yoxdur. Dünya çempionatına gələrkən əsas hədəfimiz qrupdan çıxmaq idi".

Qeyd edək ki, Argentina yer aldığı G qrupunda Çexiyaya 1:2, Gürcüstana isə 1:6 hesabı ilə uduzub.

Seçilən
0
3
olke.az

10Mənbələr