Kaluqa hava limanında təyyarələrin uçuşu və enişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kaluqa hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda qeyd olunub.
***
Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, şəhərə doğru hərəkət edən PUA vurulub.
“Rosaviasiya”dan bildirilib ki, Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanları da müvəqqəti olaraq bağlanılıb.