AZ

Rusiya və Ukrayna arasında qarşılıqlı dron hücumları: Yaralılar, partlayışlar və yanan zavodlar



Rusiya və Ukrayna arasında son saatlarda baş verən qarşılıqlı hücumlar nəticəsində bir sıra obyektlərə və şəhərlərə ziyan dəyib.

Musavat.com-un məlumatına görə, Rusiyanın dron və ballistik raketlərlə Kiyevə hücumu nəticəsində ölən olmasa da, şəhərin müxtəlif hissələrində azı səkkiz nəfər xəsarət alıb. Kiyev vilayətində isə iki nəfərin yaralandığı bildirilir. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə və səhər saatlarında ümumilikdə 94 Ukrayna PUA-sı (pilotsuz uçuş aparatı) vurulub. Onlardan 64-ü Belqorod, 24-ü Bryansk, hərəyə 2-si Kursk və Lipetsk, biri isə Voronej və Tula vilayətləri üzərində məhv edilib.

ASTRA-nın yerli sakinlərə istinadən yaydığı məlumata görə, Lipetsk vilayətində dron hücumu nəticəsində “Energiya” zavodu yenidən hədəfə alınıb. Zavod pilotsuz uçuş aparatları üçün akkumulyatorlar, aviasiya və donanma üçün batareyalar istehsal edir. Partlayış nəticəsində sexlərdən biri yanıb, 9 işçi xəsarət alıb.

Tula vilayətinin Novomoskovsk şəhərində isə dron hücumu qaz kəmərinin yerləşdiyi sənaye obyektində partlayışa səbəb olub. Tula qubernatoru Dmitri Milyayevin sözlərinə görə, hadisə zamanı 3 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Seçilən
0
39
musavat.com

10Mənbələr