Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 45-50% proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
10Sources
-
apa.azSabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU ( 17587682)
-
demokrat.azSabah yağış yağacaq ( 17557448)
-
az.trend.azSabah hava necə olacaq? ( 17484230)
-
apa.azSabah hava yağmursuz keçəcək ( 17483882)
-
redaktor.azSabah hava necə keçəcək? - PROQNOZ ( 17449229)
-
az.trend.azSabah 30 dərəcə isti olacaq ( 17371118)
-
az.trend.azSabah hava necə olacaq? ( 17338898)
-
az.trend.azSabah 28 dərəcə isti olacaq ( 17199380)
-
afn.azSabah 31 dərəc isti olacaq ( 17133566)
-
az.trend.azSabah hava necə olacaq? ( 17025689)