Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, 6-dan 7-nə keçən gecə bəzi yerlərdə az çiskinliolacağı, gündüz isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağıehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzolunacaq.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qarakeçəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılartədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti,dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.